ELM VƏ TƏHSİL


Genetik Ehtiyatlar İnstitutu İranın elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq edəcək

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və bu elmi müəssisənin direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov İran İslam Respublikasında bir sıra görüşlər keçiriblər.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Təbriz Universitetinin kənd təsərrüfatı fakültəsinin professorları ilə görüşdə birgə kadr hazırlığı və elmi əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib, iki qurum arasında elm və təhsil məsələlərini əhatə edən anlaşma memorandumunun layihəsi hazırlanıb. Təbriz Universitetinin tədqiqat və texnologiyalar üzrə vitse-prezidenti, professor Aşqar Aşqari biologiya, aqrar, fizika, kimya, yüksək texnologiyalar və digər sahələrdə AMEA ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

Şimal-Qərbi Aqrar Biotexnologiya İnstitutunun direktoru, professor Məhəmməd Amin Hejazi ilə görüşdə ortaq elmi əməkdaşlığın perspektivləri müzakirə edilib, beynəlxalq layihələrdə iştirak və kadr hazırlığı məsələlərində birgə fəaliyyətlərlə bağlı razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.