ELM VƏ TƏHSİL
Genetik Ehtiyatlar İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Həmkarlar İttifaqının sədri, Texnologiya şöbəsinin müdiri Hamlet Sadıqov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən söz açıb. Qeyd edilib ki, artıq 20 Yanvar faciəsindən 30 il keçir. Həmin gecə Azərbaycan xalqı öz qəhrəmanlığını, yenilməzliyini, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. 20 Yanvar xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsi, hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
Daha sonra institutun Tərəvəz və bostan bitkiləri şöbəsinin müdiri Sabir Həsənov Qanlı Yanvarda törədilən hadisələrdən danışıb.
Tədbirin sonunda 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.