Genetik Ehtiyatlar İnstitutunda magistrantların attestasiyası keçirilib
AzerTAg.az
Bakı, 19 fevral, AZƏRTAC
Genetik Ehtiyatlar İnstitutunda Elmi şuranın növbəti onlayn iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun sədrliyi ilə biologiya (insan genetikası və genetika ixtisaslaşmaları), aqronomluq (bitkilərin seleksiyası və bitkilərin mühafizəsi ixtisaslaşmaları) ixtisasları üzrə I və II kursda təhsil alan magistrantların attestasiyası keçirilib. İclasda, həmçinin I kurs magistrantların tədqiqat metodları və II semestr üçün dərs cədvəli təsdiq olunub, eləcə də II kurs magistrantların dissertasiya mövzuları üzrə aparılan tədqiqat işləri və nəşr işləri geniş müzakirə edilib.
Sonda Elmi şuranın qərarı ilə magistrantların fəaliyyəti müsbət qiymətləndirilib və onlar növbəti semestrə keçirilib.

Xəbərin mətnində orfoqrafik səhv var