Genetik Ehtiyatlar İnstitutunda magistrantların imtahanları davam edir
AzerTAg.az
Bakı, 19 yanvar, AZƏRTAC
Genetik Ehtiyatlar İnstitutunda magistrantların imtahanları davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisədə meyvə bitkilərinin seleksiyası, dənli taxıl və paxlalı bitkilərin xəstəlikləri və zərərvericiləri, genomika (genomiks) fənləri üzrə imtahanlar keçirilib. İmtahanlar Genetik Ehtiyatlar İnstitutunda yaradılmış imtahan komissiyasının üzvləri və fənn müəllimləri tərəfindən götürülüb.
Genomika fənni üzrə imtahanı AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin sədri, akademik İradə Hüseynova da izləyib. Akademik İradə Hüseynova imtahanların gedişi ilə maraqlanıb və magistrantların elmi tədqiqat işləri haqda fikir mübadiləsi aparıb. O, institutda magistratura təhsilinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Elmi müəssisənin rəhbərliyinin və təhsil şöbəsinin fəaliyyətini yüksək qiymətləndirən akademik tədrisin elmi-tədqiqat işləri ilə əlaqəli şəkildə aparılması üzrə tövsiyələrini verib.
Magistrantlar imtahanlarını uğurla veriblər. Növbəti imtahanlar yanvarın 22-də keçiriləcək.

Xəbərin mətnində orfoqrafik səhv var