ELM VƏ TƏHSİL


Genetik Ehtiyatlar İnstitutunda magistrantların yay imtahan sessiyası başlanıb

Bakı, 11 iyun, AZƏRTAC

Genetik Ehtiyatlar İnstitutunda magistrantların yay imtahan sessiyası başlanıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iyunun 11-də magistrantlardan 2020/2021-ci tədris ili üzrə yay imtahan sessiyasının ilk ixtisas fənlərindən (molekulyar biometodlar, irsi xəstəliklərin molekulyar genetik əsasları) imtahan götürülüb.

İmtahan komissiyasının sədri, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov bildirib ki, xüsusi karantin rejiminin olmasına baxmayaraq institutun magistraturasında bütün fənlər onlayn olaraq tədris edilib və magistrantların elmi tədqiqat işlərində iştirakı təmin edilib. Hər ixtisaslaşma üzrə 4 fəndən imtahanlar təsdiq olunmuş qrafik əsasında keçiriləcək və imtahanlar iyunun 30-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.