ELM VƏ TƏHSİL


Genetik Ehtiyatlar İnstitutunda şöbə və laboratoriyaların illik hesabatlarının müzakirəsinə başlanılıb

Bakı, 12 noyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda (GEİ) Elmi şuranın iclasında şöbə və laboratoriyaların illik hesabatlarının müzakirəsinə başlanılıb.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Elmi şuranın sədri, GEİ-nin baş direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov iclası açıq elan etdikdən sonra meyvə bitkiləri, texniki və yem bitkiləri, tərəvəz və bostan bitkiləri şöbələrinin illik hesabatları dinlənilib. Hesabatlarla bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb, gələcək elmi tədqiqatların daha yüksək səviyyədə aparılması üçün tövsiyələr verilib.

İclasda, həmçinin institutun “Elmi əsərlər” jurnalının növbəti sayının nəşr edilməsi, genetika ixtisası üzrə təqdim olunan “Azərbaycanda becərilən gilas bitkisinin sort və formalarının genetik müxtəlifliyinin tədqiqi” mövzusunda iddiaçı Xəyalə Kərimovanın dissertasiya işinin ilkin müzakirə protokolunun təsdiqi, İsmayıl Məcidlinin “Göbələklər səltənəti” kitabının nəşrə təqdim edilməsi və s. məsələlər müzakirə olunub.

İnstitutun müvafiq struktur bölmələrinin illik hesabatlarının noyabrın 30-da yekunlaşdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.