ELM VƏ TƏHSİL


Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları beynəlxalq vebinarda iştirak ediblər

Bakı, 17 avqust, AZƏRTAC

Genetik Ehtiyatlar İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, qurumun icraçı direktoru Mehrac Abbasov, elmi katib Natavan Kələntərova, Rüşeym plazması laboratoriyasının müdiri Sevinc Məmmədova və həmin laboratoriyanın baş mütəxəssisi İlhamə Mirzəliyeva genbanklar üçün “Keyfiyyətli idarəetmə sisteminin prinsipləri” mövzusunda vebinarda iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir Bitki Genetik Ehtiyatları üzrə Qlobal Etimad Fondunun “İqlim dəyişmələri fonunda biomüxtəliflik üçün yeni imkanlar və inkişaf” layihəsi çərçivəsində təşkil olunub.

Vebinarda tanınmış beynəlxalq ekspert Janny van Beem geniş təqdimatla çıxış edərək milli genbankların idarəedilməsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən hazırlanan “Genbank standartları” təlimatının istifadəsinin vacibliyini vurğulayıb. O, təlimatın 8 əsas prinsipini ətraflı şəkildə izah edib. Qeyd olunub ki, hər ay genbankla bağlı vebinarlar təşkil olunacaq və layihəyə qoşulmuş ölkələrin genbanklarında keyfiyyətli idarəetmənin qurulması üçün hərtərəfli dəstək göstəriləcək.

Aparılmış müzakirələr nəticəsində beynəlxalq ekspertlərin iştirakı ilə genbank idarəçiliyinə dair ilk seminarın Azərbaycanda keçirilməsi qərara alınıb.

Tədbirdə dünyanın 15 ölkəsini təmsil edən genetik ehtiyatların saxlanılması üzrə mütəxəssislər və Bitki Genetik Ehtiyatları üzrə Qlobal Etimad Fondunun koordinatoru Nelissa Jamora iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.