ELM VƏ TƏHSİL
“Genetik Ehtiyatlar İnstitutunun əsərləri” jurnalı məqalə qəbulu elan edir
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Genetik Ehtiyatlar İnstitutunun əsərləri” (“Proceedings of the Genetic Resources Institute of ANAS”) jurnalı məqalə qəbulu elan edir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, məqalələrin qəbulu aprelin 30-dək davam edəcək. Təqdim olunacaq məqalələr orijinal tədqiqatların nəticələrini əks etdirməli, Azərbaycan, ingilis və rus dillərinin birində yazılmalıdır. Tədqiqat xarakterli məqalələrin həcmi jurnalın qaydalarına görə tərtib olunmuş 4-8 səhifədən, icmal xarakterli məqalələr isə 8-10 səhifədən çox olmamalıdır.
Qeyd edək ki, jurnalda genetika, genomika, insan genetikası, bioinformatika, seleksiya və toxumçuluq, ekologiya və bioloji ehtiyatlar elmlərinin müxtəlif sahələrinə və fənlərarası tədqiqatlara aid yüksəkkeyfiyyətli məqalələr dərc olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]
Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar
- 19.04.2024 [17:27]
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası
- 19.04.2024 [17:25]
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
- 19.04.2024 [16:53]