ELM VƏ TƏHSİL


“Genetik Ehtiyatlar İnstitutunun əsərləri” jurnalı məqalə qəbulu elan edir

Bakı, 3 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Genetik Ehtiyatlar İnstitutunun əsərləri” (“Proceedings of the Genetic Resources Institute of ANAS”) jurnalı məqalə qəbulu elan edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalələrin jurnalın redaksiya heyətinə son təqdim edilmə tarixi iyunun 30-dur. Təqdim olunacaq məqalələr orijinal tədqiqatların nəticələrini əks etdirməli, Azərbaycan, ingilis və rus dillərinin birində yazılmalıdır. Elmi tədqiqat xarakterli məqalələrin həcmi jurnalın qaydalarına görə tərtib olunmuş 4-8 səhifədən, icmal xarakterli məqalələr isə 8-10 səhifədən çox olmamalıdır.

Qeyd edək ki, jurnalda genetika, genomika, insan genetikası, bioinformatika, seleksiya və toxumçuluq, ekologiya və bioloji ehtiyatlar elmlərinin müxtəlif sahələrinə və fənlərarası tədqiqatlara aid yüksək keyfiyyətli məqalələr dərc olunur.

Ətraflı məlumatı institutun rəsmi saytında yerləşdirilmiş müvafiq linkdən əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.