ELM VƏ TƏHSİL


Genetik Ehtiyatlar İnstitutunun təcrübə məqsədilə yetişdirdiyi taxılın biçini yekunlaşıb

Bakı, 24 iyun, AZƏRTAC 

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasında təcrübə məqsədilə becərilmiş taxılın biçini yekunlaşıb.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Qarabağ Elmi-Tədqiqat Bazasının direktoru Həmid Mehdiyev bildirib ki, dənli taxıl bitkilərinin seleksiyası və toxumçuluğu üzrə tarla təcrübələri müxtəlif ərazilərdə həyata keçirilir. Bundan əlavə, 2019-cu ildə rayonlaşdırılmış “Maya” bərk və “Start” yumşaq buğda sortlarında aprobasiya işləri yekunlaşıb, artırma və super elit toxum almaq məqsədilə səpilmiş ilkin toxumçuluq əkinlərinin yığımı da başa çatıb. Hər hektarın orta məhsuldarlığı 50 sentner təşkil edir. İstehsal olunmuş məhsuldar elit toxumlarının fermerlərə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Genetik Ehtiyatlar İnstitutunun alimləri tərəfindən qısa müddət ərzində Qarabağ Elmi-Tədqiqat Bazasında yumşaq buğdanın 6, bərk buğdanın 2, eləcə də arpanın 2 sortu yaradılıb. “Cənub”, “Almaz”, “Xəmsə”, “Leyla”, “Alyans” və digər bərk və yumşaq buğda sortlarının dövlət sort sınağı uğurla davam edir. Rayonlaşmış “Maya”, “Start” və “Cənub” sortlarının toxumçuluğuna başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.