ELM VƏ TƏHSİL


Genetik modifikasiya olunmuş uşaqların yaradıcısını edam cəzası gözləyir

Bakı, 9 yanvar, AZƏRTAC

“The Telegraph”ın xəbərinə görə, guya genetik cəhətdən modifikasiya olunmuş körpələrin yaradıcısı sayılan çinli alim He Tszyankuy edam cəzasına məhkum edilə bilər.

AZƏRTAC “Qazeta.ru” saytına istinadla xəbər verir ki, 2018-ci ilin noyabrında alim ictimaiyyəti və elm aləmini şoka salaraq bəyan etmişdi ki, valideynləri QİÇS virusunun daşıyıcısı olan dünyaya gələcək körpələrin bu xəstəliyə yoluxmaması üçün onların embrionlarının genomunu dəyişib. Bir neçə elmi konfransda çıxış edən He Tszyankuy sonradan yoxa çıxıb. Onun körpələrin genomunu həqiqətən də dəyişməsi isə bugünədək məlum deyil. Alimin işlədiyi universitetdə də heç kimin bundan xəbəri olmayıb.

Hazırda alim Şençjen şəhərində həbsdə saxlanılır. Onunla görüşən alimlərin sözlərinə görə, He Tszyankuya qarşı Çində edam cəzası nəzərdə tutulan korrupsiya və rüşvət maddələri ilə ittiham irəli sürülə bilər. Bundan başqa, genetik modifikasiya olunmuş embrionlarla iş prinsipi onların insan orqanizminə köçürülməsini qadağan edir.

Tszyankuy genomun sıralanması texnologiyasının satışından 50 min dollar əldə edib. Mütəxəssislər güman edirlər ki, alimin öz tədqiqatlarını və eksperimentlərini maliyyələşdirməsi ağlabatan deyil. Bundan başqa, ixtisasca fizik olan Tszyankuyun genomla işləmək üçün digər mütəxəssislərin köməyinə ehtiyacı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.