İQTİSADİYYAT
Gennadi Çijikov: Ukrayna şirkətləri Azərbaycanla iqtisadi-ticari əlaqələrin inkişafında maraqlıdırlar
Bakı, 24 iyun, AZƏRTAC
Ukrayna şirkətləri uzunmüddətli Azərbaycan-Ukrayna iqtisadi-ticari əlaqələrinin inkişafında maraqlıdırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov jurnalistlərə açıqlamasında deyib.
“Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılması iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün atılan vacib addımlardan olacaq. Hazırda qarşımızda duran məsələlərdən biri də birgə müəssisələrin yaradılması və maşınqayırma, IT texnologiyaları sahələrinə yatırımlar etməkdir. Düşünürəm ki, bu, olduqca vacib məsələdir. Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılması buna sadəcə təkan verəcək”, - deyə G.Çijikov qeyd edib.