Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Gennadi Şmal: Dünya Heydər Əliyev, Fərman Salmanov, Sabit Orucov kimi insanların üzərində dayanır

Gennadi Şmal: Dünya Heydər Əliyev, Fərman Salmanov, Sabit Orucov kimi insanların üzərində dayanır

Moskva, 13 dekabr, AZƏRTAC

Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmal Qərbi Sibirdə neft-qaz kompleksini yaradanlardan biri olub. O, bir sıra məsul vəzifələrdə işləyib, o cümlədən Tümen Vilayət Komsomol Komitəsinin birinci katibi, Sov.İKP Tümen Vilayət Komitəsinin birinci katibi, SSRİ neft və qaz sənayesi müəssisələri tikintisi nazirinin birinci müavini, ”Rosnefteqazstroy”un Direktorlar Şurasının sədri olub.

Gennadi Şmal AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə, əfsanəvi geoloq Fərman Salmanovla və keçmiş SSRİ qaz sənayesi naziri Sabit Orucovla birgə işlədiyi illərlə bağlı xatirələrini bölüşüb.

Heydər Əliyev bilikli, istedadlı insan idi, ən başlıcası, onun xarakteri vardı

SSRİ-də idarəçilik baxımından Heydər Əliyevlə müqayisə edilə biləcək adam yox idi. Onun keçirdiyi müşavirələrdə mən də dəfələrlə olmuşam. O vaxt hökumətin tərkibində operativ məsələlər üzrə komissiya vardı. Əslində, Heydər Əliyevin rəhbərlik etdiyi bu komissiya bütün ölkə iqtisadiyyatını idarə edirdi. Hökumətin başçısı siyasi məsələlərlə məşğul idi, cari məsələlər isə Heydər Əliyevin üzərinə düşürdü. O vaxt cari məsələlər indikindən çox idi, çünki ölkə böyük idi. Lakin Heydər Əliyev bütün məsələlərin öhdəsindən bacarıqla gəlirdi. O, əvvələn, bilikli, ikincisi – istedadlı insan idi və ən başlıcası, onun xarakteri vardı. Bu amillər Heydər Əliyev səviyyəli insan üçün çox vacib idi. Onu həmişə diqqətlə dinləyir, eşidir və dediklərinə əməl edirdilər. O mürəkkəb dövrdə Heydər Əliyev Sovet İttifaqı üçün çox iş görüb. Bizim fikrimizcə, onun vəzifədən azad olunması çox böyük ədalətsizlik idi. Heydər Əliyev Sovet İttifaqı tarixində böyük iz qoyub.

Fərman Salmanov ömrünün sonuna qədər Azərbaycan mentalitetini qoruyub saxladı

Fərman Salmanov institutu bitirəndən demək olar ki, dərhal sonra Rusiyaya gəlib və ömrü boyu Rusiyada yaşayıb. Buna baxmayaraq, o, Azərbaycan mentalitetini qoruyub saxladı. Bu, hər şeydə ifadə olunurdu – insanlara, dostlarına münasibətində də, dünya görüşünün genişliyində də. Bir epizod xatirimdədir. Komsomolsk-Amur şəhərinin 35 illiyi qeyd edilirdi. Bu münasibətlə böyük bir toplantı keçirildi, Uşaq Şərqi tikənlər ölkənin bütün guşələrindən həmin toplantıya gəldi. Tümen nümayəndə heyətinə mən, Fərman Salmanov, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, geoloq İvan Nesterov və daha bir neçə nəfər daxil idi. Bizim nümayəndə heyəti adından çıxış etmək üçün Fərmanı seçdik. Hər halda o, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı idi... Amma ömrünün sonuna qədər rus dilində danışanda Azərbaycan ləhcəsi hiss olunurdu. Mən həmin tədbirin Rəyasət heyətində əyləşmişdim. Zaldan bizə belə bir qısa məktub göndərdilər: “Xahiş edirik, gələn dəfə Tümen nümayəndəsi çıxış edəndə tərcüməçi dəvət edin”.

Fərman idmanı çox sevirdi, insanlara çox qayğı ilə yanaşırdı. Hətta tayqada ekspedisiyada olarkən orada istixana düzəltmişdi, pomidor, xiyar yetişdirirdi. Ümumiyyətlə o, əsl sovet tipli yaxşı rəhbər idi. Təəssüf ki, Heydər Əliyev, Fərman Salmanov, Sabit Orucov kimi insanlar azdır. Bu cür insanlarla həyat daha maraqlı olar.

Mən Tümen Vilayət Komsomol Komitəsinin birinci katibi vəzifəsində işləyən dövrdə İngiltərədə futbol üzrə dünya çempionatı keçirilirdi. Bizə də bir putyovka vermişdilər. Biz həmin putyovkanı Fərman Salmanova verdik. Fərman Salmanov çempionatda olduğu dövrdə ona Sosialist Əməyi Qəhrəmanı adı verildi. SSRİ-nin Böyük Britaniyadakı səfirliyində onu təbrik etdilər. Onun ömrünün sonuna qədər biz çox yaxın münasibətdə olmuşuq. Hətta onun 70 illiyinə həsr edilmiş təntənəli gecəni mən idarə edirdim.

Yataqlar barədə xüsusi duyumu vardı

Fərman Salmanov Surqut üçün çox iş görüb. O vaxt biz fəal gənclər idik. Yataqlar barədə xüsusi duyumu vardı. İnstitutu bitirəndən sonra Kuzbasda işləyirdi. O vaxt Kuzbas yetərincə abadlaşdırılmışdı. Oradan naməlum Surquta getməyə hər kəsin hünəri çatmazdı. Amma Fərman Salmanov belə bir qərar qəbul etdi və uduzmadı, əksinə, qazandı. Qərbi Sibirdə ilk neft Tümendə, Uray şəhərindəki “Şaim” yatağında tapıldı. Hamı hesab edirdi ki, əsas qüvvə və vəsaitləri oraya yönəltmək lazımdır. Amma Fərman bu fikirdə idi ki, böyük neft Ob çayı sahillərində tapılacaq. Yalnız “Ust-Balık” yatağı, daha sonra “Megion” yatağı” kəşf ediləndən sonra məlum oldu ki, o haqlı imiş. Burada yataqların həcmi tamam başqa idi. “Şaim” yatağında ehtiyatların üç milyard tona bərabər olması güman edilir. Belə yataqlar çox idi. Fərman yüzə yaxın yataq kəşf edib. Urenqoy, YANQO, Bovanenkov yataqları, Yamal yarımadasındakı ən iri yatağın ehtiyatları hazırda istifadəyə verilib və qaz hasilatını lazımi səviyyədə saxlamaq üçün əsas mənbə bu yataqlardır.

Surqutda Fərman Salmanovu çox sevir, ona çox hörmət edirlər

Surqutda “Fərman Salmanovun evi” adlı memorial kompleks var. Buradakı yataqları kəşf etmiş geoloqların xatirəsinə ucaldılmış bu kompleks 2007-ci ildə geoloq-kəşfiyyatçıların ilk desantının Surqut torpağına enməsinin 50 illik bayramı şərəfinə ucaldılmış bu kompleksin mərkəzi Fərman Qurban oğlunun evidir. Sibir neftini birinci olaraq kəşf etmiş Fərman Salmanovun o vaxt yaşadığı ev öz tarixi məkanında qorunub saxlanıb. 1957-1961-ci illərdə, yəni Yuqor torpağında neft fontanlarından əvvəlki dövrdə Fərman Salmanov bu evdə yaşayıb.

Xantı-Mansiysk və Salexard şəhərlərində Fərman Salmanova abidələr ucaldılıb. Şurqutda onun adını daşıyan küçə və gimnaziya var. Bundan əlavə, bir neft yatağına, bir teploxoda və “YUTeyr” hava xətlərinin bir təyyarəsinə Fərman Salmanovun adı verilib. Təsadüfi deyil ki, iki aeroport onun adını daşımağa iddia edirdi.

Sabit Orucov çox yüksək səviyyəli peşəkar idi

Sabit Orucovla yaxından tanış idim. Qəribə adam idi. Bir neçə il bundan əvvəl biz onun 100 illiyi münasibətilə böyük konfrans keçirdik, ona həsr olunmuş kitab nəşr etdik. O, neftçi, SSRİ neft sənayesi nazirinin birinci müavini idi. Bu nazirlik iki hissəyə bölünəndən sonra Sabit Orucov qaz sənayesi naziri oldu. O, SSRİ qaz sənayesi üçün çox iş görüb. Onun nazir olduğu dövrdə ölkədə qaz sənayesi intensiv inkişaf edirdi, hasilatın həcmi təqribən 250 milyard kubmetr artmışdı. Sabit Atayeviç həqiqətən unikal insan idi. O, Tümenə, bizim yanımıza gələndə ezamiyyəti azı bir həftə davam edirdi. Bu müddətdə o, Urenqoyda, Nadımda olan yataqlara hökmən baş çəkirdi. Özü də sadəcə səfər etmirdi. Hökmən müşavirələr keçirir, bütün çıxışları diqqətlə dinləyirdi. Sonra hər yüz kilometrdən bir yerləşən kompressor stansiyalarına gedir, bütün məsələlərin təfərrüatına varırdı. Neft sənayesi sahəsində böyük təcrübəsi vardı. Özü də qeyri-ordinar, çox savadlı adam idi. Fərman Salmanov kimi, o da insanları yaxşı duyurdu, bu və ya digər məqamda lazımi qərarlar qəbul edirdi. Həm idarəçi, həm də mühəndis, texnoloq kimi çox yüksək səviyyəli peşəkar idi. Təəssüf ki, bu gün belə insanlar azdır.

Dünya Heydər Əliyev, Fərman Salmanov, Sabit Orucov kimi insanların üzərində dayanır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

DİN: Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub