SİYASƏT


Gennadi Zyuqanov: Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda vətəndaş birliyi və sülh bərqərar oldu

Moskva, 12 iyun, AZƏRTAC

Heydər Əliyev 1990-cı illərdə Azərbaycanda vətəndaş həmrəyliyinin və sülhün bərqərar olması üçün əlindən gələni edib və mən onu müasir Azərbaycan dövlətinin banisi hesab edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Kommunist Partiyasının rəhbəri Gennadi Zyuqanov söyləyib. O bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə şəxsən tanış idi. G.Zyuqanov qeyd edib ki, 1990-cı illərdə Azərbaycanın vətəndaş müharibəsi təhlükəsi qarşısında durduğu vaxtlarda Heydər Əliyevin Vətənə dönüşü çox mühüm əhəmiyyət kəsb etmişdi. O, bütün təbəqələrdən olan insanlarla şəxsən görüşürdü. Rus icmasının nümayəndələri ilə görüşündə ölkədə onların təhlükəsizliyinin təmin olunacağına şəxsən zəmanət verməklə, rusdilli əhalinin Azərbaycandan kütləvi şəkildə köçməsinin qarşısını almışdı. Heydər Əliyevin səyləri nəticəsində ölkədə vətəndaş birliyi və sülh bərqərar olmuşdu.

Rusiyalı siyasətçi hazırda Azərbaycan dövlətinin rus dilinə olan qayğısını yüksək qiymətləndirib, Rusiya-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.