DÜNYA


Genuyada avtomobil körpüsünün uçmasından sonra 20 nəfər itkin düşmüş sayılır VİDEO

Bakı, 16 avqust, AZƏRTAC

İtaliyanın Genuya şəhərində uçan körpünün dağıntıları altında 10 nəfərdən 20 nəfərədək insan qala bilər.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bunu şəhərin baş prokuroru Françesko Kotsi bildirib.

İtaliya xilasediciləri körpünün uçduğu ərazidə artıq üçüncü gündür ki, insanları axtarır. Xilasetmə xidmətinin nümayəndəsi Soni Noçinin sözlərinə görə, axtarış-xilasetmə əməliyyatı itkin düşən insanların hamısı tapılana qədər davam edəcək. Yerli hökumət hələ də qəza zamanı körpüdə olan avtomobillərin dəqiq sayını bilmir və bu səbəbdən dağıntılar altında nə qədər adam qaldığı məlum deyil.

Xatırladaq ki, avqustun 14-də Genuya şəhəri yaxınlığında 1960-cı illərdə inşa edilən və üzərindən A10 avtomagistralının keçdiyi körpü uçub. Son məlumata əsasən, hadisə nəticəsində 38 nəfər həyatını itirib, 16 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Həlak olanlardan dördü Fransa, ikisi isə Albaniya vətəndaşıdır. Yaralananların 9-nun vəziyyətinin ağır olduğu bildirilir.

Bu ərəfədə İtaliya Nazirlər Kabineti bir il müddətinə fövqəladə vəziyyət rejiminin tətbiqini təsdiqləyib və faciə qurbanları ilə vida mərasiminin avqustun 18-də keçiriləcəyini elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.