SİYASƏT


Geoffreu Van Orden: Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır

Strasburq, 16 dekabr, AZƏRTAC

Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak etmək üçün Bakıda səfərdə oldum. Bu səfər mənə Azərbaycanı daha yaxından tanımağa imkan verdi. Avropa Parlamentində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirdəki çıxışlardan, eləcə də Cümhuriyyətlə bağlı nümayiş etdirilən videodan ölkənin tarixi ilə bağlı ətraflı məlumat əldə etdim.

Bu fikirləri Avropa Parlamentində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir çərçivəsində AZƏRTAC-a müsahibə verən Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü Geoffrey Van Orden söyləyib.

Böyük Britaniyanın o dövrlərdə Cənubi Qafqazda baş verən siyasi proseslərin iştirakçısı olduğunu qeyd edən Geoffrey Van Orden deyib: “Azərbaycan XX əsrin əvvəlində Xalq Cümhuriyyəti dövründə mühüm nailiyyətlər əldə edib. Ölkəniz müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə də uğurlu bir yol keçib”.

O qeyd edib ki, mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.