ELM VƏ TƏHSİL


Geologiya və Geofizika İnstitutu ilə UFAZ arasında əməkdaşlıq imkanları müzakirə edilib

Bakı, 18 noyabr, AZƏRTAC

AMEA-nın Geologiya və Geofizika İnstitutu və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) əməkdaşları arasında görüş keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, institutun Seysmologiya, geomaqnetizm və petrofizika şöbəsinin müdiri dosent Qulam Babayev, geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru Zöhrab Novruzov, şöbənin doktorantları İmran Muradi və Yaşar Əliyev, UFAZ-ın professorları Alessiya Maggi, Klara Kodri və magistrant Kamal Bayramovun iştirak etdiyi görüşdə əməkdaşlıq və birgə elmi işlərin aparılması imkanları müzakirə olunub.

Q.Babayev rəhbərlik etdiyi şöbənin fəaliyyəti haqqında məlumat verərək UFAZ-la əməkdaşlığın əhəmiyyətindən danışıb.

Qonaqlar iki qurum arasında birgə elmi-tədqiqat işləri və informasiya mübadiləsinin aparılmasının, tələbələrin elmi işlərə cəlb olunması və onlarda praktiki vərdişlərin formalaşdırılmasının, bu sahədə ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin əməkdaşlığın əsas istiqamətlərinin tərəflər arasında imzalanacaq memorandumda nəzərdə tutulacağı bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.