ELM VƏ TƏHSİL


Geologiya və Geofizika İnstitutunda magistrantların qış imtahan sessiyası davam edir

Bakı, 14 yanvar, AZƏRTAC 

AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) təhsil alan I və II kurs magistrantlarının 2018-2019-cu tədris ili üzrə qış imtahan sessiyası keçirilir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, qış imtahan sessiyası müxtəlif ixtisas fənlərini əhatə edir.

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 2018-ci il 25 dekabr tarixli sərəncamına əsasən keçirilən imtahanlarda II kurs magistrantlarının neft-qaz axtarışında müasir geofiziki üsullar, okean litogenezi, neft qazlarının və resurslarının geoloji-geofiziki qiymətləndirilməsi və ehtiyatın hesablanması fənləri üzrə bilikləri yoxlanılıb.

İmtahan sessiyası fevralın 1-də yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.