ELM VƏ TƏHSİL


Geologiya və Geofizika İnstitutunda magistrantların yay imtahan sessiyası davam edir

Bakı, 2 iyul, AZƏRTAC

AMEA-nın Geologiya və Geofizika İnstitutunda magistrantların yay imtahan sessiyası davam edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar magistrantların imtahanları “Zoom” platforması və “Skayp” proqramı üzərindən onlayn təşkil olunur. İnstitutda geologiya, geologiya mühəndisliyi və geofizika mühəndisliyi ixtisasları üzrə təhsil alan I kurs magistrantlar müvafiq fənlərdən imtahan verirlər.

Xatırladaq ki, magistrantlar iyunun 25-dən başlayaraq geostatistika, dəniz geofiziki tədqiqat üsulları, regional geologiya və geodinamika fənləri üzrə biliklərini sınayıblar. Növbəti günlərdə isə onlar tətbiqi geofizika, geologiyada riyazi üsullar, neft və qaz yataqlarının birbaşa axtarışı, neft-qaz hövzələrinin modelləşdirilməsi fənləri üzrə imtahanlar verəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.