ELM VƏ TƏHSİL


Geologiya və Geofizika İnstitutunun əməkdaşları rəqəmsal kitabxanaların işləmə mexanizmi barədə məlumatlandırılıb

Bakı, 23 oktyabr, AZƏRTAC

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları üçün müasir rəqəmsal kitabxanaların işləmə mexanizmi, Mərkəzi Elmi Kitabxanada (MEK) açıq elektron resurslardakı məqalələrdən elmi araşdırmalarda istifadə ilə bağlı təlim keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlimi MEK-in İnnovativ layihələr bölməsinin müdiri Cəmilə Yusifova aparıb. O, “Ebscohost” platformasında interaktiv axtarış mövzusunda iştirakçılara aparılan elmi-tədqiqat və istinad olunan nüfuzlu resurslar haqqında geniş məlumat verib, onların suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.