ELM VƏ TƏHSİL


Geoloq alimlərimizin məqaləsi Ukraynanın elmi nəşrində işıq üzü görüb

Bakı, 15 iyul, AZƏRTAC

AMEA Geologiya və Geofizika İnstitutunun Seysmologiya, geomaqnetizm və petrofizika şöbəsinin rəhbəri vəzifəsini icra edən Yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayevin şöbənin əməkdaşı Solmaz Ağayeva ilə rus dilində hazırladığı “Tarixi və müasir dövrlər ərzində Azərbaycanda güclü zəlzələlər (konseptual baxış)” adlı məqaləsi Ukrayna Milli Elmlər Akademiyası Geofizika İnstitutunun jurnalında dərc edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə mövcud tarixi və arxiv materiallara, əvvəlki illərin tədqiqatlarının nəticələrinə, kataloqlara və digər mənbələrə əsasən, 427-2019-cu illərdə Azərbaycan ərazisində baş vermiş güclü zəlzələlər barədə, ölkə üzrə seysmik aktiv zonalar haqqında mövcud məlumatlar təqdim edilir. Həmçinin seysmik təhlükənin qiymətləndirilməsində son illər ərzində geniş istifadə olunan iki əsas üsulun (ehtimal və deterministik) konseptual təhlili verilir. Məqalədə, eləcə də gələcəkdə aparılacaq seysmoloji və seysmik monitorinq üzrə tədqiqatlar zamanı əsas və ümumi vəzifələr vurğulanır, çağırışlar diqqətə çatdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.