ELM VƏ TƏHSİL


Geoloq alimlərimizin məqaləsi dünyanın ən yüksək reytinqli jurnalında dərc olunub

Bakı, 7 oktyabr, AZƏRTAC

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri professor Adil Əliyevin, həmin şöbənin aparıcı elmi işçisi dosent Orxan Abbasovun və elmi işçi Elnur Baloğlanovun həmmüəllifi olduqları məqalə neft-qaz geologiyası sahəsində Q1 kateqoriyalı “Marine and Petroleum Geology” jurnalında dərc edilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd olunub ki, fransız alimlərlə aparılan çoxillik tədqiqatların nəticələrinə əsaslanan elmi məqalə yaylavari və konusvari formaya malik palçıq vulkanlarının əmələgəlməsini şərtləndirən amillərin öyrənilməsinə, həmçinin daha əvvəllər məlum olmayan müəyyən qanunauyğunluqların aşkarlanmasına həsr edilib.

“Marine and Petroleum Geology” jurnalının beşillik impakt faktoru 4,973-dür. Qeyd edək ki, son 12 ildə geologiya üzrə ən yüksək reytinqə malik olan dərgi Amerikanın Geoloqlar Cəmiyyətinə məxsus olan “Geology” jurnalıdır. Həmin jurnalın beşillik impakt faktoru 5,412-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.