ELM VƏ TƏHSİL


Geoloqlar: Şamaxıda vulkan sahəsində çatlar qeydə alınmayıb

Bakı, 14 fevral, AZƏRTAC

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) palçıq vulkanizmi şöbəsinin əməkdaşları Şamaxıda vulkan püskürməsi ərazisində tədqiqatları davam etdirirlər.

GGİ-dən AZƏRTAC-a bildirilib ki, vulkanın püskürməsi alovsuz olub. Aparılan çöl-ölçmə tədqiqatları ilə yer səthinə xaric olunan palçığın (brekçiyanın) sahəsi və həcmi müəyyənləşdirilib. Çox da güclü sayılmayan püskürmə nəticəsində vulkan brekçiyasının əhatə etdiyi sahə 2 hektara yaxın olub. Brekçiyanın qalınlıqları kənarlarda 40-50 santimetrə, püskürmə sahəsinin mərkəzinə doğru 1 metrə çatır. Vulkan sahəsində çatlar qeydə alınmayıb.

Bu vulkanın indiyə kimi 14 püskürməsi, o cümlədən sonuncu paroksizmi keçən il qeydə alınıb. Şamaxı rayonundan 20 kilometr cənubda yerləşən vulkanın 15-ci dəfə püskürməsi yaxın günlərdə İsmayıllı və Ağsu rayonlarında qeydə alınmış zəlzələlərlə əlaqəli olması ehtimal olunur. Belə ki, hadisə baş verməmişdən əvvəl şöbə əməkdaşları zəlzələlərlə əlaqəli ətraf rayonların, o cümlədən "Quşçu" vulkanı da daxil olmaqla Şamaxıda yerləşən bir neçə vulkanın fəallaşa biləcəyi haqqında proqnozlarını açıqlayıblar və bu ehtimallar ölkənin kütləvi informasiya vasitələrində yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.