REGİONLAR
George Leuka: Naxçıvan Muxtar Respublikasının böyük iqtisadi potensialı var
Naxçıvan, 15 iyun, AZƏRTAC
Naxçıvanda səfərdə olarkən qədim diyarın böyük iqtisadi potensiala malik olduğuna şahidlik etdim. Moldova Respublikası ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Moldovanın Azərbaycandakı səfiri George Leuka deyib.
“Muxtar respublikaya ilk dəfədir ki, səfər edirəm. Naxçıvanda yüksək səviyyəli görüşlər keçirdim. Bu görüşlərdə ikitərəfli əməkdaşlığı inkişaf etdirmək haqqında müzakirələr apardıq”, – deyən George Leuka əlaqələrin inkişafı üçün geniş imkanlar olduğunu qeyd edib. O, muxtar respublikanın turizm potensialına da diqqət çəkərək Naxçıvanın gözəl təbiətə malik olduğunu vurğulayıb, burada müasir infrastrukturun yaradıldığını qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]