İQTİSADİYYAT


Georgi Kvirikaşvili: Gürcüstan öz tərəfdaşları ilə regional enerji layihələrinin genişləndirilməsinə çalışır

Tbilisi, 29 may, AZƏRTAC

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərləri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili NATO PA-nın yaz sessiyasındakı çıxışı zamanı deyib.

Baş nazir Gürcüstanın enerji resurslarının şaxələndirilməsi ilə bağlı məlumat verib. Bildirib ki, Gürcüstan hökuməti öz tərəfdaşları ilə bu və digər layihələrin daha da genişlənməsi istiqamətində mühüm işlər görür.

G.Kvirikaşvili regionda həyata keçirilən digər regional layihələrin də əhəmiyyətini xüsusi qeyd edib. Vurğulayıb ki, bu layihələr Avropa ilə Asiya arasında siyasi, iqtisadi, ticarət, mədəni əlaqələrin genişlənməsində, eləcə də təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaq.

Baş nazir deyib: “Gürcüstan öz tərəfdaşları ilə bu və digər layihələrin təhlükəsizliyini yüksək səviyyədə qoruyur və bundan sonra da qoruyacaq”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.