SİYASƏT


Georgi Logvinski: AŞPA-nın bir çox üzvləri Azərbaycanın sürətli inkişafını düzgün qiymətləndirə bilmirlər VİDEO

Strasburq, 23 yanvar, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bir çox üzvləri Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçdiyi sürətli inkişaf yolunu düzgün qiymətləndirə bilmirlər.

Bu fikri AŞPA-nın üzvü Georgi Logvinski AZƏRTAC-a müsahibəsində bildirib.

Deputat qeyd edib ki, azərbaycanlılar öz ölkələrinin bugünkü uğurları ilə fəxr etməlidirlər. “Bəzi avropalı həmkarlarımdan xahiş edirəm ki, Azərbaycandakı müsbət dəyişiklikləri, inkişafı görsünlər. Yaxşı olar ki, onlar Avropadakı münaqişələrin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə düşünsünlər. Çünki münaqişələr bütün qitədə gələcək sülhü və sabitliyi sual altında qoyur”, - deyə o vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.