CƏMİYYƏT


Georgi Milkov: Ağdam təsəvvür etdiyimdən daha pis vəziyyətə salınıb

Ağdam, 31 iyul, Səlim Rəhimzadə, AZƏRTAC

Bu böyük şəhəri dağıdılmış vəziyyətdə görmək təəssüf doğurur. Ağdam təsəvvür etdiyimdən daha pis vəziyyətə salınıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bolqarıstan Milli Televiziyasının müxbiri Georgi Milkov deyib.

Ağdamı dağıdılmış vəziyyətdə görməyin onu dərindən kədərləndirdiyini bildirən jurnalist qeyd edib: “Ağdamdakı Cümə məscidində heyvanların saxlanılmasını əks etdirən şəkilləri gördüm. Bu, nəinki İslam dininə, bütün insanlığa qarşı yanlış davranış, hörmətsizlikdir. Mən bir çox ölkədə müharibə bölgəsində olmuşam, lakin müharibənin ən faciəvi üzünü Ağdamda gördüm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.