SİYASƏT


Georgi Tsereteli: ATƏT regionunda peşəkar jurnalistikanın inkişafına böyük ehtiyac var

Tbilisi, 19 iyul, AZƏRTAC

ATƏT regionunda müstəqil medianın və peşəkar jurnalistikanın inkişafına böyük ehtiyac var. Müstəqil media və peşəkar jurnalistlər olmadan demokratiya da olmur.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının (PA) prezidenti Georgi Tsereteli söyləyib.

Tbilisidə keçirilən 15-ci “Cənubi Qafqaz media konfransı”nın əhəmiyyətini vurğulayan Tsereteli bildirib ki, bu cür tədbirlər ATƏT regionunda müstəqil medianın, peşəkar jurnalistikanın inkişafı ilə yanaşı, xalqlarımız arasında da münasibətlərin normallaşmasında mühüm rol oynayır.

ATƏT PA prezidenti deyib: “Konfransda əsasən media azadlığının əsas prinsipləri, bu sahədə qarşıda duran vəzifələr, jurnalistlərin təhlükəsizliyi, jurnalist etikası, cəmiyyətə dəqiq, qərəzsiz və dolğun informasiyaların çatdırılmasında jurnalistlərin üzərinə düşən vəzifələr və s. məsələlər müzakirə olundu. Bilirsiniz ki, peşəkar jurnalistlər, azad, müstəqil media olmadan demokratiya da yoxdur. Biz çalışdıq ki, ATƏT regionunda, xüsusən də Cənubi Qafqazda azad medianın, peşəkar jurnalistikanın inkişafı, dezinformasiya və kampaniyalara qarşı mübarizə ilə əlaqədar fikirləri öyrənək, mövcud problemlərdən çıxış yolu tapaq. Düşünürəm ki, buna müəyyən mənada nail olduq”.

ATƏT PA-nın sədri bildirib ki, bu konfrans eyni zamanda, xalqlarımız arasında da münasibətlərin normalaşması baxımından da mühüm rol oynayıb.

“Konfransda iştirak edən ölkələrin jurnalistləri arasındakı normal dialoq xalqlarımız arasında da dostluq əlaqələrin inkişafına təkan verəcək”, - deyə Tsereteli vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.