İDMAN


German Tilke stasionar avtodromların müdafiəsinə qalxıb

Bakı, 3 oktyabr, AZƏRTAC 

Trasların memarı German Tilke stasionar avtodromların müdafiəsinə qalxaraq trasların tikintisi zamanı çoxsaylı məhdudiyyətin mövcud olmasını qeyd edib.

AZƏRTAC xəbər verir ki, “La Republica” German Tilkenin bu sözlərindən sitat gətirir: “Biz heç vaxt trasa ağ vərəqdən başlamırıq. Bir çox məhdudiyyət mövcuddur, onlardan biri təhlükəsizlik standartlarıdır ki, İmolada Ayrton Sennanın ölümündən sonra dəyişdirilib və daim təkmilləşdirilir. Lakin bu, həmişə bizə məxsus olmayan bir torpaq sahəsidir. Biz mədəni və tarixi ənənələrə ehtiram bəsləməliyik. Bundan başqa, elə sərmayədarlar vardır ki, onlara təkcə trass deyil, çoxfunksiyalı kompleks gərəkdir.

Hazırda biz Hanoydakı layihə üzərində çalışırıq. Ümidvarıq ki, 2020-ci ilədək hazır olacağıq. Bizim vaxtımız o qədər də çox deyil, lakin biz buna öyrəncəliyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.