İDMAN


Gimnast Selcan Maqsudova: Ölkəmi dünya kuboku yarışlarında təmsil etmək böyük şərəfdir

Bakı, 29 yanvar, AZƏRTAC

Bütün gücümü Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarında uğurlu çıxışa yönəldəcəyəm.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, bu sözləri dünya kuboku turnirində çıxış edəcək millimizin üzvü Selcan Maqsudova deyib.

Gimnast bildirib: “Bu, mənim ilk dünya kuboku yarışım olacaq. Turnirə 2019-cu ildən hazırlaşmağa başlamışıq və ilin sonundan etibarən məşqləri gücləndirilmiş rejimdə davam etdiririk. Dünya kuboku mənim üçün doğma Milli Gimnastika Arenasında keçiriləcək. Azarkeşlərin dəstəyi çox vacibdir. Ölkəmi dünya kuboku yarışlarında təmsil etmək böyük şərəfdir və inanıram ki, uğurla çıxış edəcəyəm”.

Turnirdə Rusiya, Kanada, Yaponiya, Çin və Belarus nümayəndələrinin güclü rəqiblər olduğunu deyən atletimiz bildirib ki, onlar mühüm yarışlarda iştirak edib və yüksək nəticələr qazanıblar.

Qeyd edək ki, təmsilçimiz fevralın 15-16-da Bakıda keçiriləcək dünya kubokunun batut gimnastikası yarışlarında mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.