İDMAN


“Gimnastika hamı üçün” növü üzrə birinci onlayn milli festival keçiriləcək

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq martın 19-da “Gimnastika hamı üçün” növü üzrə birinci onlayn milli festival keçirəcək.

AZƏRTAC federasiyaya istinadla xəbər verir ki, festival saat 14:00-da baş tutacaq. Festivalda iştirak ödənişli əsaslarla həyata keçirilir və 1 qrup üçün iştirak haqqı 30 manat təşkil edir. Yığılan məbləğ xeyriyyə məqsədilə istifadə olunacaq.

Festivalın direktoru Mariana Vasilevanın sözlərinə görə, festivalın təşkil edilməsində məqsəd pandemiya dövründə idmançı ruhunu qorumaq və bu idman növünü təbliğ etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.