İDMAN


Gimnastika yarışının ikinci gününün qalibləri müəyyənləşib

Bakı, 24 noyabr, AZƏRTAC 

Milli Gimnastika Arenasında keçirilən batut və tamblinq üzrə Azərbaycan və Bakı çempionatları, bədii gimnastika üzrə Bakı birinciliyi, həmçinin aerobika gimnastikası üzrə açıq Azərbaycan və Bakı çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, yarışların ikinci gününün sonunda yeniyetmələr (2005-2006-cı illər) alətsiz, ip, halqa və qrup hərəkətlərində lentlə, eyni zamanda, balacalar (2007-2009-cu illər) alətsiz və topla bacarıqlarını nümayiş etdiriblər.

Bədii gimnastika üzrə balacaların qrup hərəkətlərində “OCAQ 1” komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “OCAQ 2” gümüş, “BGM 2” komandası isə bürünc medal qazanıb.

Yeniyetmələrin komanda yarışında "OCAQ 2" komandası birinci, BGM ikinci, "OCAQ 1" isə üçüncü olub.

Qeyd edək ki, aerobika gimnastikası üzrə açıq Azərbaycan çempionatında yerli gimnastlarla yanaşı, Estoniya, Bolqarıstan, Almaniya, Macarıstan və Rusiyadan da idmançılar iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.