İDMAN


Gimnastikanın üç növü üzrə Azərbaycan birinciliyinə və Bakı çempionatına yekun vurulub

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 7-də Milli Gimnastika Arenasının köməkçi zalında keçirilən akrobatika gimnastikası üzrə Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi, tamblinq üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, yarışların ikinci günündə akrobat və aerobika gimnastları çıxış ediblər.

Yarışda kişi cütlüklər üzrə balacaların çıxışlarında “Ocaq Sport” klubunun, uşaqlar və böyüklər kateqoriyasında isə Bakı Gimnastika Məktəbinin yetirmələri qalib olublar. Kişi qruplarında isə yeniyetmələr yaş kateqoriyasında “Ocaq Sport” kollektivi qalib adını qazanıb.

Qadın cütlüklərin yarışında balacalar kateqoriyasında birinci və üçüncü yerlərdə “Ocaq Sport” klubunun, ikinci yerdə isə Bakı Gimnastika Məktəbinin gimnastları qərarlaşıblar. Uşaqlar yaş kateqoriyasında İOEUGİM, Bakı Gimnastika Məktəbinin və “Neftçi” klubunun təmsilçiləri birinci yeri tutublar. Yeniyetmələrin yarışında isə “Neftçi” klubunun akrobatları qalib gəliblər.

Qadın qruplarında balacalar yaş kateqoriyasında Bakı Gimnastika Məktəbinin kollektivi birinci yeri tutub. İkinci yerdə İOEUGİM, üçüncü yerdə isə “Ocaq Sport” qərarlaşıb. Uşaqlarda “Neftçi”, yeniyetmələrdə isə Bakı Gimnastika Məktəbi birinci olub.

Qarışıq cütlüklərin yarışında uşaqlar yaş kateqoriyasında qızıl və gümüş medalı Bakı Gimnastika Məktəbinin akrobatları qazanıblar. Bürünc medala isə “Ocaq Sport” klubunun yetirmələri yiyələniblər. Böyüklərdə isə Bakı Gimnastika Məktəbi çempion olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.