İDMAN


Gimnastımız Məryəm Səfərova dünya çempionatında lentlə çıxışını təqdim edib

Bakı, 18 sentyabr, AZƏRTAC

Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, gimnastımız Məryəm Səfərova fərdi proqramda lent ilə çıxışını yerinə yetirib. Təmsilçimiz hakimlərdən 10,450 xal alıb.

“Nağıllar gerçəkləşəcək” devizi altında təşkil olunan çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.