İDMAN


Gimnastımız Nazənin Teymurova dünya kuboku yarışlarında səkkizinci olub

Bakı, 12 mart, AZƏRTAC

Azərbaycanın idman gimnastı Nazənin Teymurova Bakıda keçirilən dünya kuboku yarışlarında sərbəst hərəkətlərdə səkkizinci olub.

AZƏRTAC xəbər verir ki, gimnastımızın çıxışı hakimlər tərəfindən 9,966 xalla qiymətləndirilib.

Yarışın qalibi 12,833 xalla fransalı Marine Boyer olub. İlk üçlükdə italiyalı Arianna Belardella (12,800 xal) və Türkiyə idmançısı Sevgi Kayısoğlu (12,566 xal) yer alıb.

Turnirdə 49 ölkədən 173 idmançı iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.