İDMAN


Gimnastımız Tofiq Əliyev 28-ci dünya yaş qrupları yarışlarında ilk çıxışını təqdim edib

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan gimnastı Tofiq Əliyev Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarında ilk çıxışını təqdim edib.

AZƏRTAC xəbər verir ki, 17-21 yaş kateqoriyasında mübarizə aparan tamblinqçimizin təsnifat mərhələsində çıxışı 35 xalla qiymətləndirilib.

Hazırda təmsilçimiz ümumi siyahıda birinci pillədə qərarlaşıb.

Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.