İDMAN
Gimnastımız Tofiq Əliyev “TeamGym” üzrə 14-cü Avropa çempionatında fərqlənib
Bakı, 22 sentyabr, AZƏRTAC
Lüksemburqda “TeamGym” üzrə 14-cü Avropa çempionatı keçirilib. Yarışda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri - Fərid Mustafayev, Mənsum Səfərov, Anar Həsənov, Adil Hacızadə, Ağamurad Qəhrəmanov, Elnur Məmmədov, Ramin Dəmirov, Tofiq Əliyev və Rəsul Əhmədzadə təmsil ediblər.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, təmsilçilərimiz yarışları 45,650 xalla yeddinci pillədə başa vurublar.
Yarış çərçivəsində yığma komandamızın üzvü Tofiq Əliyev “Avropa Gimnastikası”nın təsis etdiyi “Bütün ulduzlar komandası” nominasiyasında akrobatika cığırı alətində ən çətin elementin icrasına görə qalib olub.
Qeyd edək ki, müxtəlif ölkələri təmsil edən qadın və kişi gimnastların nümayiş etdirdikləri elementlər “TeamGym” xalçası, trampet (kiçik batut) və akrobatika cığırı alətlərində hərəkətlərin icrası üzrə dəyərləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]
Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub
- 24.04.2024 [11:08]