İDMAN


Gimnastlarımız Avropa çempionatının finalına yüksəliblər

Bakı, 26 noyabr, AZƏRTAC

Ukraynanın paytaxtı Kiyevdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan gimnastları çıxışlarını davam etdirirlər.

AZƏRTAC xəbər verir ki, yeniyetmələrin yarışında 2 gimnastımız finala vəsiqə əldə edib.

Belə ki, iplə hərəkətlərdə Nərmin Bayramova, topla hərəkətlərdə Alina Gözəlova uğurla çıxış edərək finala yüksəliblər. N.Bayramova 19.150 xal, A.Gözəlova isə 21.200 xalla ilk səkkizlikdə yer alıblar.

Çoxnövçülük üzrə komanda yarışları axşam seansında keçirilib. Yığmamızın heyətində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina mübarizə aparıb. Yüksək nəticəyə imza atan komandamız 34.600 xalla cədvəldə ilk pilləyə yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.