İQTİSADİYYAT


Giorgi Çerkezişvili: BTQ-nin Azərbaycan və Gürcüstan hissəsi istifadəyə tam hazırdır

Tbilisi, 13 sentyabr, AZƏRTAC

İlin əvvəlində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Gürcüstan hissəsində mövcud olan bəzi problemlər artıq öz həllini tapıb. İndi əminliklə deyə bilərik ki, BTQ-nin Azərbaycan və Gürcüstan hissəsi istifadəyə tam hazırdır.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Giorgi Çerkezeşvili bildirib.

Çerkezişvili deyib: “Biz Azərbaycanın birbaşa iştirakı, eləcə də Azərbaycan sərmayəsi hesabına bir sıra vacib layihələr həyata keçiririk. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də onlardan biridir. Bu layihə bizə Avropaya birbaşa çıxışla yanaşı, iqtisadi artım, insanlarımıza rahatlıq gətirəcək. Bir sözlə, bu layihənin necə böyük əhəmiyyətə malik olduğunu yaxşı başa düşürük. Artıq Azərbaycanda və Gürcüstanda BTQ dəmir yolunun keçdiyi bütün yollarda lazımi infrastruktur yaradılıb, kommunikasiya qovşaqları qurulub. BTQ-nin Azərbaycan və Gürcüstan hissəsi istifadəyə tam hazırdır. Türkiyə tərəfi də işləri başa çatdırmaq üzrədir. Düşünürəm ki, bizə böyük dividentlər gətirəcək dəmir yolunu, deyilən vaxtda istifadəyə verə biləcəyik”.

Nazir müavini qeyd edib ki, sentyabrın sonlarında BTQ üzrə işçi qrupun növbəti görüşü keçiriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.