SİYASƏT


Giorgi Marqvelaşvili: Azərbaycan-Gürcüstan əlaqələri ümumi maraqlara uyğun inkişaf edir VİDEO

Bakı, 14 mart, AZƏRTAC

Azərbaycan-Gürcüstan əlaqələri ümumi maraqlara uyğun inkişaf edir. Ölkələrimiz həm strateji, həm iqtisadi tərəfdaşdırlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri VII Qlobal Bakı Forumunda iştirak edən Gürcüstanın sabiq Prezidenti, Gürcüstan İctimai Elmlər İnstitutunun (GİPA) professoru Giorgi Marqvelaşvili söyləyib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev birgə inkişaf etdirdiyimiz formatlardan danışdı. Mən xüsusilə nəqliyyat və energetika məsələləri ilə bağlı formatları qeyd etmək istərdim. Yaxın gələcəkdə TAP layihəsi fəal fazaya keçəcək. Bu layihə nəinki regionun, o cümlədən Cənubi Avropanın enerji problemlərini həll edəcək.

“Çoxəsrlik əlaqələrimiz var. Görkəmli siyasi xadimlər Heydər Əliyev və Eduard Şevarnadze bu münasibətləri inkişaf etdiriblər. Onlar birlikdə bu regionu inkişafa aparıblar, biz də bu istiqamətdə işləməyə davam edirik”, - deyə sabiq Prezident əlavə edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirən professor bildirib ki, Gürcüstan hər zaman münaqişənin sülh yolu və beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmasını dəstəkləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.