DÜNYA


Giorgi Marqvelaşvili: Gürcüstanda narkotik vasitələrin yetişdirilməsi və istehsalı yolverilməzdir

Tbilisi, 16 oktyabr, AZƏRTAC

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ölkədə marixuana və digər narkotik vasitənin istənilən məqsədlərlə istehsalının əleyhinədir.

AZƏRTAC xəbər verir ki, G.Marqvelaşvili bu gün keçirdiyi brifinqdə Gürcüstanda narkotiklərin istehsalının və ölkənin narkotik istehsalçısına çevrilməsinin onun beynəlxalq imicinə xələl gətirəcəyini deyib. “Fikrimcə Gürcüstanda narkotik vasitələrin yetişdirilməsi və istehsalı yolverilməzdir. Birincisi ona görə ki, əgər biz narkotik istehsal edən ölkə olsaq, o zaman narkotiklərin yayılmasına nəzarət edə bilməyəcəyik və daha çox insan bu xəstəliyin qurbanına çevriləcək. İkinci səbəb isə ölkənin xarici siyasəti ilə bağlıdır. Gürcüstan marixuana və ya digər narkotik vasitə istehsal edən ölkəyə çevrilə bilməz. Vətənimizə belə bir etiket vurula bilməz”, - deyə Prezident vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Gürcüstan parlamenti marixuananın tibbi və kosmetik məhsullar üçün istehsalı və ixrac məqsədi ilə yetişdirilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsini iki ay müddətinə təxirə salıb.

Gürcüstan katolikosu və əksər dini icmaları, eləcə də bir sıra siyasi partiyalar da narkotiklərin istehsalı və satışını nəzərdə tutan qanun layihəsinin müzakirəsinin əleyhinə çıxış edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.