DÜNYA


Giorgi Qaxaria: Gürcüstanda parlament seçkilərinin tarixinin dəyişdirilməsi planlaşdırılmır

Tbilisi, 11 sentyabr, AZƏRTAC

Gürcüstanda parlament seçkilərinin tarixinin dəyişdirilməsi barədə məsələ gündəlikdə deyil.

AZƏRTAC xəbər verir ki, bunu ölkənin Baş Naziri Giorgi Qaxaria bildirib.

Qeyd edək ki, müxalifət lideri, “Vahid Gürcüstan” partiyasının sədri Nino Burcanadze seçkilərin vaxtının dəyişdirilməsini təklif edib.

Onun sözlərinə görə, əgər ölkədə yoluxma halı sürətlə artarsa, qapalı yerlərin bağlanması və məhdudiyyətlərin sayının artması davam edərsə, hökumət seçkiləri təxirə salmaq barədə ciddi düşünməlidir.

Bəzi müxalifət liderləri də bu barədə düşündüklərini bildiriblər.

Qeyd edək ki, qonşu ölkədə parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.