SİYASƏT


Giorgi Qaxariya: Azərbaycan və Gürcüstan çox etibarlı, güclü iqtisadi tərəfdaşlardır

Tbilisi, 10 oktyabr, AZƏRTAC

Gürcüstanın Baş Naziri kimi Azərbaycana ilk səfərim heç də təsadüfi deyildi. Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər ikitərəfli və regional əməkdaşlıq çərçivəsindən çıxaraq çox vacib əhəmiyyətli beynəlxalq əməkdaşlıq statusu alıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş Naziri Giorgi Qaxariya hökumətin bugünkü iclasında Azərbaycana səfərini şərh edərkən söyləyib.

Hökumət başçısı deyib ki, bu əməkdaşlıq məhsuldardır və ölkələrimizin maraqlarına xidmət edir. Bu gün regionda baş verən hadisələr ölkələrimizin sabitliyinin və təhlükəsizliyinin təmin edilməsi üçün bizi daha səmərəli əməkdaşlığa sövq edir.

Giorgi Qaxariya vurğulayıb ki, Azərbaycan ilə Gürcüstan çox etibarlı, güclü iqtisadi tərəfdaşlardır. İki ölkə arasında enerji, nəqliyyat sahələrində əməkdaşlıq beynəlxalq əhəmiyyətə malikdir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.