İQTİSADİYYAT


Giorgi Qaxariya: Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanı və Gürcüstanı beynəlxalq miqyaslı oyunçuya çevirib

Tbilisi, 14 fevral, AZƏRTAC

“Şahdəniz” yatağından Avropaya kommersiya məqsədli qaz nəqlinin başlanması Gürcüstan üçün də mühüm əhəmiyyət kəsb edir. Bu layihə Gürcüstanın enerji təhlükəsizliyində və iqtisadi inkişafında mühüm yer tutur.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Baş naziri Giorgi Qaxariya söyləyib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin Gürcüstan üçün daha bir əhəmiyyəti odur ki, əlavə qaz müqaviləsi 2026-cı ilədək qüvvədə olacaq. Sənədə əsasən, Gürcüstan hər il 500 milyon kubmetrə qədər qaz əldə edəcək.

Baş nazir deyib ki, Cənub Qaz Dəhlizinin iqtisadi məqsədi Avropa bazarında rəqabətin gücləndirilməsidir. Bu layihənin inkişafının həm də siyasi əhəmiyyəti var. Bu günə qədər Azərbaycan, Gürcüstan və digər iştirakçı dövlətlər regional əhəmiyyətli qaz tranziti ölkəsi idisə, indi artıq beynəlxalq miqyaslı oyunçuya çevriliblər.

“Gürcüstan vasitəsilə nəql olunan qaz beynəlxalq bazarların, əsasən də Avropa İttifaqı bazarlarında tədarükün şaxələndirilməsi və təhlükəsizliyin gücləndirilməsində mühüm rol oynayacaq”, - deyə G.Qaxariya vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.