SİYASƏT
Giorgi Volski: Gürcüstan ilə Azərbaycan arasında danışıqlar strateji tərəfdaşlıq əsasında aparılmalıdır
Tbilisi, 24 may, AZƏRTAC
Gürcüstan ilə Azərbaycan arasında sərhəd məsələsinə dair danışıqlar strateji tərəfdaşlıq münasibətləri əsasında aparılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin vitse-spikeri Giorgi Volski söyləyib. O deyib ki, iki ölkə arasındakı strateji tərəfdaşlıq xüsusi önəmə malikdir.
Sərhədlərin delimitasiyası ilə bağlı danışıqların davam etdiyini qeyd edən vitse-spiker həmkarlarını və opponentlərini səs-küylü bəyanatlardan çəkinməyə çağırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi