İDMAN


“Gloria Cup” turnirində iştirak edəcək Azərbaycanın qadın voleybol yığmasının heyəti açıqlanıb

Bakı, 14 avqust, AZƏRTAC 

Türkiyənin Antalya şəhərində keçiriləcək “Gloria Cup” beynəlxalq turnirində Azərbaycanı təmsil edəcək qadın voleybol yığmasının heyəti müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, Ceyran İmanova, Yana Əzimova, Anastasiya Qurbanova, Mariya Kirilyuk, Odina Əliyeva, Ayşən Əbdüləzimova, Alyona Həsənova, Yelizaveta Səmədova, Natalya Məmmədova, Yana Kulan, Katerina Jidkova, Valeriya Məmmədova, Kristina Yaqubova, Aynur İmanova, Yuliya Kərimova, Polina Rəhimova, Şəfaqət Alışanova, Bəyaz Əliyeva, Marqarita Əzizova, Kseniya Pavlenko və Anastasiya Bessonova yığmamızın tərkibində ölkəmizi təmsil edəcəklər.

Turnirin təqvimi də məlumdur. Avqustun 23-də saat 17:30-da Rusiya-İtaliya, 20:00-da Türkiyə-Azərbaycan, avqustun 24-də saat 17:30-da İtaliya-Azərbaycan, 20:00-da Türkiyə-Rusiya matçları keçiriləcək. Avqustun 25-də 17:30-da Azərbaycan və Rusiya, 20:00-da isə Türkiyə və İtaliya yığmaları qarşılaşacaq. Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Xatırladaq ki, bu turnir dünya çempionatı ərəfəsində məşq toplanışları keçirən Azərbaycan yığması üçün hazırlıq xarakteri daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.