DÜNYA


“Gmail” spam mesajların 99,9 faizini bloklamağa başlayıb

Bakı, 7 fevral, AZƏRTAC

“TensorFlow” (kompüter təlimi üçün açıq proqram kitabxanası) sisteminin köməyi ilə “Gmail” elektron poçt sistemində spam mesajların aşkar edilməsi imkanları gücləndirilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “TensorFlow” sistemi neyron şəbəkələrinin yaradılması və təlimi üçün istifadə olunur.

Hələ 2017-ci ilin əvvəlində “Google” şirkəti “Gmail” xidmətində arzuedilməz və zərərli poçt göndərişlərini 99,9 faizi dəqiqliklə aşkar etməyə imkan verən yeni mübarizə alətləri tətbiq etmişdi.

Axtarış nəhənginin mətbuat xidmətinin məlumatına görə, “Gmail” xidmətində hər gün 100 milyon əlavə spam mesaj aşkar etmək üçün bu inteqrasiyadan istifadə olunur. Bununla belə “Google” vacib elektron məktubları spam kimi qəbul etməmək üçün bütün ehtiyat tədbirləri görür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.