DÜNYA


“GoAir” şirkətinin təyyarəsi mühərrikdəki problem səbəbindən təcili eniş edib

Bakı, 10 yanvar, AZƏRTAC

Hindistanın “GoAir” aviasiya şirkətinə məxsus təyyarə havaya qalxdıqdan təxminən bir saat sonra mühərrikdəki problem səbəbindən təcili eniş edib.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, ABŞ istehsalı olan “Pratt & Whitney” mühərrikləri ilə təchiz edilmiş “Airbus 320neo” təyyarəsi Mumbaydan paytaxt Dehliyə uçmalıymış. Lakin təyyarənin mühərriklərinin birində güclü titrəyiş uçuşu başa çatdırmağa imkan verməyib. Pilot göyərtəsində 168 sərnişin olan təyyarəni Mumbay hava limanına qaytarıb. Bildirilir ki, təyyarə qəzasız eniş edib, xəsarət alan olmayıb. Təyyarə uçuşdan kənarlaşdırılıb, sərnişinlər isə başqa təyyarə ilə Dehliyə yola salınıb.

Qeyd edək ki, bu, Hindistan hava yolları şirkətlərinin “Pratt & Whitney” mühərrikləri quraşdırılmış “Airbus 320neo” təyyarələri ilə bağlı ilk hadisə deyil. Bundan əvvəl bir neçə dəfə “GoAir” və “İndiGo” şirkətlərinin eyni tipli təyyarələri havada müxtəlif problemlər səbəbindən təcili eniş etməli olmuşdu. Hətta Hindistanın Mülki Aviasiya İdarəsi yerli şirkətlərin “Pratt & Whitney” mühərrikləri ilə təchiz edilmiş “Airbus 320neo” təyyarələrinin uçuşlarına bir müddət qadağa da qoymuşdu. Nəticədə həmin şirkətlərin təyyarələrinin problem ortaya çıxmış mühərrikləri dəyişdirilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.