İQTİSADİYYAT


“Goldman Sachs” neftin qiymətində kəskin artım tempi gözləmir

Bakı, 23 aprel, AZƏRTAC

ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” neftin qiymətində kəskin artım tempi gözləmir.

AZƏRTAC banka istinadla xəbər verir ki, “Goldman Sachs” ABŞ-ın İrandan neft alan 8 ölkəyə tətbiq etdiyi güzəştin müddətini artırmayacağını açıqlamasının “qara qızıl”ın qiymətinə təsirlərinin məhdud olacağını nəzərdə tutur.

“Yaxın müddətdə yüksək risklərin olduğunu düşünsək də, ilin ikinci rübündə “Brent” markalı xam neftin bir barrelinin qiymətinin 70-75 dollar səviyyəsində olacağını düşünürük”, - deyə bankın məlumatında bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.