İQTİSADİYYAT


“Goldman Sachs” neftin qiymətinə dair proqnozunu dəyişib

Bakı, 9 aprel, AZƏRTAC

ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” 2019-cu il üzrə neftin qiyməti ilə bağlı proqnozunu dəyişib.

AZƏRTAC banka istinadla xəbər verir ki, bu il “Brent” markalı xam neftin bir barrelinin orta qiyməti 66 dollar olacaq. “Goldman Sachs”ın əvvəlki proqnozu 62,5 dollar/barrel idi.

Bank “Light” markalı neftin bir barrelinin builki qiymətinə dair proqnozunu isə 55,5 dollardan 59,5 dollara yüksəldib.

“Goldman Sachs”a görə, ikinci rübdə “Brent”in qiyməti 72,5 dollar/barrel olacaq. 2020-ci ildə isə “Brent” neftinin bir barrelinin orta qiyməti 60 dollar təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.